Rusiya qalib gəlsə, növbəti hədəfi digər qonşu ölkələr ola bilər - Stoltenberq

4-08-2022, 18:39           
Rusiya qalib gəlsə, növbəti hədəfi digər qonşu ölkələr ola bilər - Stoltenberq
Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı ambisiyalarında uğur qazanmaması bizim marağımızdadır.

TEREF.AZ APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Norveçin Utoya adasında gənclər düşərgəsində deyib.

“Putinin istədiyini hərbi güc tətbiq edərək əldə etdiyi bir dünya bizim üçün çox təhlükəli bir dünyadır. Əgər Rusiya bu müharibədə qalib gəlsə, o, (Vladimir Putin) təsdiqləyəcək ki, zorakılıq işə yarayır. O zaman digər qonşu ölkələr növbəti (hədəf) ola bilər”, - Stoltenberq bildirib.

NATO Baş katibi qeyd edib ki, bu münaqişədə NATO-nun iki tapşırığı var: Ukraynanın dəstəklənməsi və münaqişənin NATO və Rusiya arasında tammiqyaslı müharibəyə çevrilməsinin qarşısının alınması.

O əlavə edib ki, NATO Ukraynanın beynəlxalq hüquqla müəyyən olunmuş özünümüdafiə hüququnu dəstəkləyir və Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi tarixdən etibarən NATO, həmçinin üzv ölkələr ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə Ukraynaya yardım edib.

Stoltenberq vurğulayıb ki, təxminən 1 ay öncə keçirilən Madrid sammitində bütün NATO ölkələri Ukraynanın lazım olduğu qədər dəstəklənməsində razılaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru