Rusiya ordusu yenidən Ukraynanın cənubuna toplanır

4-08-2022, 18:52           
Rusiya ordusu yenidən Ukraynanın cənubuna toplanır
Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində qüvvələrini artırır.
Bu barədə Ukrayna Silahlı qüvvələri Baş qərargahının Baş əməliyyat idarəsinin rəis müavini Aleksey Qromov keçirdiyi brifinqdə məlumat verib.

O, rusların üç taktiki batalyonu Novopavlovski istiqamətindən Krivoy Roq istiqamətinə keçirdiyini, həmçinin Zaporojye istiqamətində əlavə taktiki birliyi yerləşdirdiyini bildirib.

Aleksey Qromov Rusiyanın itirilmiş silah və hərbi texnikasını bərpa etdiyini, həmçinin dəmir yolu ilə -Kerç körpüsü və işğal olunmuş Krım ərazisi vasitəsilə Xerson və qismən Zaporojye istiqamətlərində qoşun qruplaşmasını artırdığını söyləyib.

“Krım Muxtar Respublikasının ərazisi Rusiya tərəfindən itkilərinin bərpa olunması, habelə silah, hərbi texnika, döyüş sursatı, maddi-texniki vasitələrin yığılması üçün plasdarm kimi istifadə olunur”,-deyə Ukrayna Baş qərargahının nümayəndəsi vəziyyətin çətinliyini bu sözlərlə ifadə edib.

Bundan başqa Rusiya Silahlı qüvvələrinin Şərq hərbi dairəsinə aid ordu aviasiyasının Krım yarımadasındakı hərbi aerodromlarına köçürülməsi qeydə alınıb.
Yenixeber.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru