“Twitter” Avropada “RİA Novosti”nin hesablarını bloklayıb

5-08-2022, 08:33           
“Twitter” Avropada “RİA Novosti”nin hesablarını bloklayıb
“Twitter” Rusiyanın “RİA Novosti” xəbər agentliyinin Avropa ölkələrindəki hesablarını bloklayıb.

Sosial şəbəkənin verdiyi məlumata görə, Avropa İttifaqının 27 ştatında və Böyük Britaniyada agentliyin hesabına giriş məhdudlaşdırılıb.

“Twitter”də “RİA Novosti”nin səhifələrindən birinə daxil olmaq istəyəndə “Hesaba giriş bağlanıb” bildirişi ekrana çıxır. Qeyd edilir ki, bloklama bütün Aİ ölkələri və Böyük Britaniyaya şamil edilir.

Xüsusilə “Twitter” administrasiyası agentliyin əsas hesabına (@rianru), idman xəbərləri lentlərinə (@rsportru) və təcili mesajlara (@riabreakingnews) girişi məhdudlaşdırıb. Bundan əlavə, “RİA Novosti” ilə birlikdə “Rossiya Seqodnya” media qrupuna daxil olan “Prime” iqtisadi informasiya agentliyinin (@1prime_ru) hesabına da giriş bağlanıb.

Yuxarıda adıçəkilən hesablar Almaniya, Portuqaliya, Finlandiya, İsveç, İrlandiya, Sloveniya, Çexiya, Polşa, Slovakiya, Macarıstan, İtaliya, Malta, Rumıniya, Yunanıstan, Niderland, Bolqarıstan, Avstriya, Lüksemburq, Latviya, Böyük Britaniya, Danimarka, Litva, Xorvatiya, Fransa, Estoniya, Kipr, İspaniya və Belçikada bloklanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru