Venesuela prezidentinə sui-qəsdə görə 17 nəfər həbs edilib

5-08-2022, 09:53           
Venesuela prezidentinə sui-qəsdə görə 17 nəfər həbs edilib
Həbs olunanlar arasında keçmiş deputat da var

Venesuela məhkəməsi 2018-ci ildə prezident Nikolas Maduroya qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı prosesə yekun vurub.

Teref.az APA-ya istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə 17 nəfər azadlıqdan məhrum edilib. Onlardan 12 nəfər maksimal həddə - 30 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların arasında keçmiş deputat da var. Digər təqsirləndirilən şəxslərin həbs müddəti 5-24 il arası dəyişir.

Qeyd edək ki, dövlət başçısına 4 avqust 2018-ci ildə milli bayram günü PUA-larla sui-qəsd təşkil edilib. Maduro və ətrafındakı şəxslər hücumdan salamat çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru