Rusiyalı qadın öz mənzilində 151 miqrantı qeydiyyata salıb

1-09-2022, 12:54           
Rusiyalı qadın öz mənzilində 151 miqrantı qeydiyyata salıb
Moskva sakini öz mənzilində qanunsuz olaraq 151 əcnəbini qeydiyyata salıb.

Paytaxtın Perovo rayonu ərazisində baş verən insident çərşənbə günü, avqustun 31-də üzə çıxıb.

Bir neçə ay ərzində 44 yaşlı rusiyalı qadın 151 miqrantı yaşayış yeri ilə təmin etmədən daimi qeydiyyata alıb. O, Metallurqlar küçəsindəki mənzilində xarici ölkə vətəndaşlarından xidmətlərinə görə pul tələb edib.

Polis miqrantların saxta qeydiyyatı faktını aşkarlayıb. Rusiya Daxili İşlər Nazirliyinin Perovo rayonu üzrə İstintaq İdarəsi moskvalıya qarşı Cinayət Məcəlləsinin 322.3-cü “Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin saxta qeydiyyatı” maddəsi ilə cinayət işi açıb.

Hazırda o, zaminə buraxılıb. Qadını 3 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru