Zelenskinin arxasında Vaşinqton dayanırmış?

1-09-2022, 10:28           
Zelenskinin arxasında Vaşinqton dayanırmış?
"...Ukrayna prezidenti Vladimir Zelenskini Vaşinqton idarə edir”.

Deməli, bunu “Judging Freedom” YouTube kanalında ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor ABŞ-ın istefada olan baş hakimi Endryu Napolitanoya müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Kiyevin fəaliyyət planını əlaqələndirir,..yəni, deyildiyi kimi, idarə edir.

Beləliklə, rusların yazdığına görə, keçmiş müşavir bütün həqiqətləri otraya qoyur.

Yəni Moskvanın bu günə qədər düzgün hesab etdiklərini o da, təkrarlayır. Vaşinqtonun Zelenskinin arxasında olduğunu, Ukrayna prezidentinə mübarizəni davam etdirmək barədə göstəriş verdiyini... bütün təfərrüatları ilə ortaya danışır.

Makqreqor, Ağ Evi münaqişənin sülh yolu ilə həllini pozmaqda da ittiham edib. Maraqlıdır ki, amerikalı polkovnikin iddiasına görə, əgər sabah ukraynalılar diplomatiyaya keçmək istəsələr, bu halda ABŞ onlara danışıqlar aparmağa imkan verməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukraynaya təxminən üç milyard dollarlıq hərbi yardım göstərəcəyi bildirilirdi.

Deyilənə görə,.. bu vəsait Ukraynanın Müstəqillik Günü şərəfinə “hədiyyə olaraq” verilir?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru