Argentinanın vitse-prezidentini öldürmək istədilər - ANBAAN VİDEO

2-09-2022, 18:00           
Argentinanın vitse-prezidentini öldürmək istədilər -
"Infobae", Argentinanın vitse-prezidenti Kristina Kirşnerin həyatına sui-qəsd edildiyi barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, silahlı şəxs onu öldürməyə cəhd edib, daha sonra polis tərəfindən saxlanılıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları Kristina Kirşneri evinin yaxınlığında öldürməyə cəhd edən silahlı şəxsi saxlayıblar", - qəzet qeyd edir.

TN kanalı dəqiqləşdirmə aparıb: hücum edən şəxs silahı vitse-prezidentə tuşlayıb. Bu, Kirşnerin evinin yaxınlığında toplaşan izdiham və siyasətçi onları qarşılamağa çıxanda baş verib.

İlkin məlumatlara görə, hadisə zamanı Kirşnerin özü xəsarət almayıb.

Xatırladaq ki, son bir həftədir insanlar korrupsiya işi fonunda vitse-prezidentin evinin yanında ona dəstək olmaq üçün toplaşırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru