İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib

3-09-2022, 08:49           
İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib
İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su aparatını ələ keçirib.

İki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb.

Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub.

Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. O, mülki texnologiyalarla təchiz edilib.

ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, pilotsuz aparatların göyərtəsində heç bir məxfi məlumat olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru