Ukrayna ordusu müvəffəqiyyətlə irəliləyir - Düşmən ağır itkilər verir...

3-09-2022, 10:48           
Ukrayna ordusu müvəffəqiyyətlə irəliləyir -
Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun onlarla canlı qüvvəsini, 3 zenit-raket kompleksini və bir neçə zirehli texnikasını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna ordusu son sutka ərzində 40-dan çox döyüş əməliyyatı keçirib:

“Əməliyyatlar zamanı rusların bir neçə komandanlıq məntəqəsi və döyüş sursatları olan anbar məhv edilib. Əməliyyatlara “Bayraktar TB-2” dronları da cəlb olunub".

Ölkənin cənubunda rus hərbçiləri əsir götürülüb, çoxlu silah-sursat və texnikası ələ keçirilib:

“Rusiya qüvvələrinin 3 hərbçisi əsir götürülüb, 2 ədəd T-62 tankı, 1 ədəd “Amfibiya” hücum texnikası, BTR-82, eləcə də çoxlu sayda atıcı silahlarla döyüş sursatı ələ keçirilib”, - məlumatda deyilir.

Hazırda cənubda mövqe döyüşlərinin davam etdiyi bildirilib.

Cənubda rus qoşunlarının 106 ədəd raket və onlarla texnikası, o cümlədən 14 ədəd T-72, Msta-B haubitsası, hava-desant qurğusu, sürətli artilleriya və minaatan qurğusu, 2 ədəd “Uraqan” sistemi, 3 ədəd 152 kalibrli haubitsası, 120 ədəd kalibrli mobil minaatanı, 2 ədəd PUA-sı və 35 ədəd zirehli texnikası sıradan çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru