Çin günəş enerjisi ilə işləyən dronunu sınaqdan keçirib

5-09-2022, 08:22           
Çin günəş enerjisi ilə işləyən dronunu sınaqdan keçirib
Çin günəş batareyaları ilə işləyən Qimingsin-50 (QMX-50) Yerə yaxın kosmosda uçuşlar üçün pilotsuz uçuş aparatını (PUA) uğurla sınaqdan keçirib.

Teref.az xəbər verir ki, bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyasına (AVIC) istinadən Sinxua agentliyi məlumat verib.

Korporasiya bildirib ki, birinci Təyyarə Quruculuğu İnstitutu AVIC tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli kosmosa yaxın İHA ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığında havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib.

Qeyd olunur ki, bu, yaxın kosmos üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin AVIC tərəfindən yaradılmış günəş batareyaları ilə tam işləyən ilk İHA-dır.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru