Britaniyada böhran xəbərdarlığı

5-09-2022, 08:54           
Britaniyada böhran xəbərdarlığı
Elektrik enerjisinin qiyməti həddindən artıq qalxdığı üçün Böyük Britaniyada fabriklərin 60%-dən çoxu bağlana bilər. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Make UK" şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Ölkədə elektrik enerjisi qiyməti 100 faizdən çox artdığı üçün istehsalçıların yarısı çətinliklə üzləşib.

“Mövcud böhran istehsalçıları seçim qarşısında qoyur. Dövlət kömək etməsə, onlar istehsal ya azaldacaq, ya da tamamilə dayandıracaq", - deyə agentlik bildirib.

Araşdırmada Britaniyanın yeni hökumətinin təcili tədbirlər görülməsinə çağırış edilir.

Xatırladaq ki, Britaniyads 2022-ci ildə oktyabrın 1-dən qazın bahalaşması ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 80% artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru