Belçika kral ailəsində toy olub

5-09-2022, 10:53           
Belçika kral ailəsində toy olub
Belçika Kraliçası Matildaın kiçik qardaşı qraf Şarl-Anri d'Yudekem d'Akos çoxdankı sevgilisi Karolin Filipplə evlənib.

Toy Fransanın Normandiyada yerləşən Pon-l'Evek şəhərində, cütlüyün ailəsi və dostlarının iştirakı ilə baş tutub.

Qonaqlar arasında Belçika Kraliçası Matilda, onun əri Kral Filip və üç övladı - şahzadə Elizabet, şahzadə Eleanor və şahzadə Emmanuel, həmçinin bəyin və Belçika kraliçasının anası qrafinya Anna-Mari d'Yudekem d'Akos da olub.

Qeyd edək ki, evlənməzdən əvvəl Kraliça Matildanın 37 yaşlı kiçik qardaşı baron titulunu daşıyırdı, lakin evləndikdən sonra o, qraf olub. Şarl-Anri Belçikada yaşayır və vəkil işləyir. Onun həyat yoldaşı isə ixtisasca investisiya bankiridir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru