Almaniyanın meşə yanğınları baş verən bölgəsində fövqəladə vəziyyət elan edilib

5-09-2022, 11:38           
Almaniyanın meşə yanğınları baş verən bölgəsində fövqəladə vəziyyət elan edilib
Almaniyanın Saksoniya-Anhalt əyalətində yerləşən Harzda Broken dağının yamacından başlayan meşə yanğınlarının gecə saatlarında sürətlə yayıldığı bildirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bölgədə 62 hektar ərazinin yanğından zərər çəkdiyi paylaşılan açıqlamada Harz bölgəsinin qubernatoru Tomas Balcerowskinin yanğınla əlaqədar fövqəladə vəziyyət elan etdiyi qeyd olunub.

Açıqlamada yanğınla mübarizədə 300 yanğınsöndürənin vəzifə yerinə yetirdiyi, mülki təyyarələr üçün Broken dağı ətrafında 40 kilometr məsafədə uçuş üçün qadağa zonası yaradıldığı vurğulanıb.

Yanğınsöndürmə işlərinə 5 helikopterin dəstək verdiyi qeyd edilən açıqlamada Avropa ölkələrindən 2 yanğınsöndürmə təyyarəsi tələb edildiyi paylaşılıb.

Açıqlamada Broken dağına çıxışın qadağan edildiyi və yanğınsöndürmə işlərinin bir neçə gün davam edəcəyi haqqında bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru