Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlama vaxtı AÇIQLANDI

6-09-2022, 00:14           
Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlama vaxtı AÇIQLANDI
“İlin sonuna qədər Ukrayna Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunun təqdimatı zamanı qarşıya qoyulan 7 şərtin hamısını yerinə yetirmək əzmindədir. Bu ilin sonunda - gələn ilin əvvəlində rəsmi Kiyev Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağa hazır olacaq”.

Manset.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Ukrayna-Aİ Assosiasiya Şurasının yekunlarına dair brifinqdə deyib.

“Biz Aİ-yə üzvlüklə bağlı danışıqlar proseduruna başlamağa hazırıq. Təbii ki, biz həm də bütün sahələr - iqtisadi, nəqliyyat, rəqəmsal və s. üzrə vizasız rejimə daxil olmaq üçün həmin iddialı planları yerinə yetiririk”, - D.Şmıqal bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyətinin və hökumətinin məqsədi qısa müddətdə Aİ-yə tam inteqrasiya və üzv olmaqdır.

Hökumət başçısı onu da əlavə edib ki, Aİ ilə Assosiasiya Sazişi hazırda, demək olar, 65% yerinə yetirilib və Ukrayna onun icrasını mümkün qədər tez başa çatdırmaq niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru