“Çin Rusiyanın 100 milyard dollar ehtiyatını girov götürüb” – “The Moscow Times”

6-09-2022, 09:03           
“Çin Rusiyanın 100 milyard dollar ehtiyatını girov götürüb” –
Rusiya hakimiyyəti özünün qızıl-valyuta ehtiyatının 17 faizini yuana çevirib, amma indi etiraf etməyə məcbur olub ki, vəsaitin Çin aktivlərindən çıxarılması, sadəcə, mümkün deyil.

Bu barədə «The Moscow Times» qəzeti xəbər verir («UNİAN»).

«Yanvarın 1-də 100 milyardı qızıl-valyuta ehtiyatlarına yatırılmış yuanın satışı Çinlə ayrıca saziş tələb edir. Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının təqdimatında söhbət açılır» - məqalədə deyilir.

Nəşr tərəfindən sitat gətirilən sənədə əsasən, Rusiya Federasiyası hakimiyyəti əlavə 70 milyard dolların yuanın və digər «yumşaq» valyutanın alınmasına yönəldilməsi imkanlarına baxır. Bu zaman RF MB etiraf edir ki, sanksiyaların tətbiqindən və dollar və avro ilə əməliyyatların qadağan olunmasından sonra, qızıl-valyuta ehtiyatı üçün aktivlər tapmaq asan deyil.

Seçim azsaylı «dost» ölkələrlə məhdudlaşır.

«Amma türk lirəsi xronik devalvasiya çərçivəsindən çıxa bilmir və 10 ildə qiymətinin 90 faizini itirib. Birləşmiş Ərəb Əmirlikləri dihrəmi isə təqdimata əsasən, «siyasi risk» altındadır: Əmirliklərdə tez-tez amerikalı məmurlar görünürlər və Dubayı sanksiyalardan yan keçmək üçün «xab»a çevirməməyi tələb edirlər» - qəzet qeyd edir.

Yuan qalır, amma onunla problem var: «pulları Çin aktivlərinə yatırmaq nisbəbən asan olur, geriyə çıxarmaq isə - yox».

«Bunun üçün Çin hakimiyyətinin icazəsi lazımdır, onu almaq isə çox çətindir» - MB hesab edir.

Beləliklə, Rusiyanın sonuncu dondurulmamış ehtiyatı Çin «tələsinə» düşüb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru