Almaniya hökuməti inflyasiyadan qorunmaq üçün xalqa 65 milyard avroluq dəstək verəcək

6-09-2022, 10:53           
Almaniya hökuməti inflyasiyadan qorunmaq üçün xalqa 65 milyard avroluq dəstək verəcək
Teref.az yazır ki, Almaniya hökuməti inflyasiyadan qorunmaq üçün xalqa 65 milyard avroluq dəstək verəcək
65 milyard avroluq yardım paketinə aşağıdakılar daxildir:
- Təqaüdçülərə 300 avro birdəfəlik birbaşa ödəniş ediləcək,
- Universitet tələbələrinə bir dəfə 200 avro ödəniləcək,
- Uşaq müavinəti 18 avro artırılacaq,
- İctimai nəqliyyatda 9 avroluq bilet əvəzinə bütün Almaniyada etibarlı olacaq yeni bilet tətbiqi gələcək. Müvafiq olaraq, 49 ilə 69 Avro arasında dəyişən aylıq abunələr olacaq.
- Gələn ilin əvvəlində həyata keçirilməsi planlaşdırılan "Bürgergeld" (Vətəndaşlıq Pulu) ilə bərabər, ehtiyacı olanlara ödənilən dəstək təxminən 500 avroya qədər artırılacaq. Hal-hazırda, "Grundsicherung" adlanan əsas yardım ilə ehtiyacı olan subay insanlara ayda 449 avro ödənilir.
- Daha çox insan mənzil yardımı alacaq. Mənzil yardımı almaq hüququ olan şəxslər qrupu 2 milyon vətəndaşa qədər genişləndiriləcək.
Cavid Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru