Malayziyada ölüm və şallaq cəzaları ləğv edilir

7-09-2022, 11:24           
Malayziyada ölüm və şallaq cəzaları ləğv edilir
Cənub-Şərqi Asiya ölkəsi olan Malayziyada 2023-cü ildə ölüm və şallaq cəzaları ləğv ediləcək.

Bu barədə baş nazirlik yanında faktiki ədliyyə naziri Van Junadi Tuanku Jaafar açıqlama verib. Nazir müvafiq qanunların oktyabr ayında Parlamentə göndəriləcəyini və Malayziyanın 2023-cü ildə ölüm və qamçı cəzalarını ləğv edəcəyini bildirib.

Van Junadi ölüm və şallaq cəzaları ilə bağlı qərarın hakimlərin ixtiyarına veriləcəyini əlavə edib.

“Əgər hər şey yolunda gedərsə, bir çatışmazlıq ortaya çıxmazsa, 2023-cü ildə artıq ölüm cəzası olmayacaq. Bu qərar şallaq cəzasına da şamil ediləcək”, - deyə o qeyd edib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru