Vladimir Putinlə Si Tszinpin arasında görüş olacaq

7-09-2022, 10:11           
Vladimir Putinlə Si Tszinpin arasında görüş olacaq
Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında görüş olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Pekindəki səfiri Andrey Denisov bildirib.

İki ölkə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçiriləcək sammiti çərçivəsində bir araya gələcəklər.

Qeyd edək ki, ŞƏT-in zirvə toplantısı sentyabrın 15-16-sında keçiriləcək.

Xatırladaq ki, bu təşkilart 2001-ci il iyunun 15-də yaradılıb. ŞƏT-in üzvləri bunlardır: Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Pakistan, Rusiya və Çin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru