Suriyada İrana bağlı qüvvələr əməliyyatları dayandırdı
7-09-2022, 11:35
Suriyanın Deyr əz-Zor bölgəsində İranın dəstəklədiyi qüvvələr əməliyyatları dayandırıblar.
Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, İran komandanlığı bir neçə gün ərzində Deyr əz-Zor və əl-Məyadin şəhərlərindəki mövqelərini dəyişən qüvvələrə əməliyyatları dayandırmaq və yerləşdikləri ərazilərdə qalmalarını əmr edib.