Rusiya qalmaqallı erməni əsilli səfirini İrandan GERİ ÇAĞIRIR
7-09-2022, 19:07

Rusiya qalmaqallı erməni əsilli səfirini İrandan geri çağırır.
TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali Twitter-də yazıb.
İranın Moskvadakı səfiri Kazem Cəlali çərşənbə günü bildirib ki, Aleksey Dedov Rusiyanın Tehrandakı yeni səfiri olacaq.
“Bu gün mən Aleksey Dedovla görüşdüm. O, Rusiyanın yeni səfiri kimi tezliklə Tehranda fəaliyyətə başlayacaq”, – deyə Cəlali qeyd edib.
Hər iki tərəf İran və Rusiya münasibətlərinin tarixin ən yaxşı dövrlərindən birində olduğunu vurğulayıb.
Cəlali Rusiya Federasiyasının hazırkı səfiri Levan Caqaryana göstərdiyi səylərə görə təşəkkür edib, Dedova uğurlar arzulayıb.
Xatırladaq ki, səfir Levan Caqaryan dəfələrlə siyasi qalmaqalların mərkəzində olub. O, Qriboyedovun abidəsində və Rusiya səfirliyinin girişindəki pilləkənlərdə – elə 78 il əvvəl, 1943-cü ilin dekabrında Tehran konfransı zamanı anti-Hitler koalisiyasının üç liderinin şəklinin çəkildiyi yerdə şəkil çəkdirib. Caqaryanın hərəkəti daha sonra İran cəmiyyətində qəzəbli reaksiyaya səbəb olub.