Moldova aviaşirkətlərinə Rusiyaya uçuşları bərpa etmək qadağan edilib

10-09-2022, 00:06           
Moldova aviaşirkətlərinə Rusiyaya uçuşları bərpa etmək qadağan edilib
Moldovanın Mülki Aviasiya İdarəsi “Air Moldova” milli aviaşirkətinə Moskvaya uçuşları bərpa etməyi qadağan edib. “Report” xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Qeyd olunub ki, qərar mətbuata və sərnişinlərin nəzərinə çatdırılıb.

Moldovanın Baş nazirin müavini Andrey Spinu bildirib ki, təhlükəsizlik səbəbi ilə Moldova Mülki Aviasiya İdarəsi ölkənin aviaşirkətlərinə Rusiyaya uçuşlar həyata keçirməyi qadağan edən direktiv qəbul edib.

Onun sözlərinə görə, qərar qəbul edilərkən Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin Rusiyanın hava operatorlarına verdiyi bütün icazələrin dayandırılması faktı nəzərə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru