Təcili: Türkiyə hökuməti qərar qəbul etdi - Ordu Suriyada genişmiqyaslı əməliyyatlara başlayır

17-05-2016, 13:12           
Təcili: Türkiyə hökuməti qərar qəbul etdi - Ordu Suriyada genişmiqyaslı əməliyyatlara başlayır
Türkiyə hökuməti PKK terror təşkilatının yuvası halına gələn Suriyanın şimalındakı bataqlığı qurutmaq üçün strategiyasını açıqlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə hökuməti Suriyanın şimalında Azəz – Cərablus xəttinin təmizlənməsi üçün hazırlıqlarını tamamlayıb.

Bölgədə təşkil olunacaq genişmiqyaslı əməliyyatlarla bölgənin PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizlənməsi nəzərdə tutulur. Bundan sonra bölgə yenidən inşa olunaraq vətəndaşların istifadəsinə veriləcək.

Suriyada vətəndaş müharibəsinin başladığı gündən etibarən həm terror təşkilatlarının açıq hədəfi halına gələn həm də qaçqınların axınına uğrayan Türkiyənin, Suriyada yaradılacaq bufer zona üçün beynəlxalq miqyasda təkliflər irəli sürməsinə baxmayaraq Amerika və Avropa başda olmaqla bir çox ölkə tərəfindən müsbət qarşılanan bölgə üçün, hər hansı bir konkret addım atılmayıb.

PYD terrorçularının Türkiyəyə qarşı hücumlarının çıxış nöqtəsi halına gələn və təşkilatlar tərəfindən qərargah olaraq istifadə olunan Azəz – Cərablus xətti üçün Ankara konkret addımlar atmaq qərarına gəlib.

Bu çərçivədə təşkil ediləcək genişmiqyaslı əməliyyatların 4 mərhələdən ibarət olacağı bildirilir.

Əvvəlcə, bölgəyə havadan aviasiya zərbələri endirilərək terror təşkilatlarına aid sığınacaq və sursat anbarları məhv ediləcək. Daha sonra quru qoşunlarının əməliyyatlarına start verilərək bölgə terrorçulardan təmizlənəcək.

İkinci mərhələdə isə PYD terror təşkilatı tərəfindən bölgənin etnik quruluşunu dəyişdirmək üçün başqa bölgələrə sürgün olunan ərəblərin, kürdlərin, yezidilərin evlərinə qayıtması təmin olunacaq.

Üçüncü mərhələdə qaçqınlar üçün yaşayış məntəqələri qurulacaq. Dördüncü və sonuncu mərhələdə isə terrorçulardan alınaraq vətəndaşlara qaytarılması bölgədən Türkiyəyə qarşı hücumların qarşısını almaq üçün tədbirlər həyata keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.