BMT Baş Assambleyası “referendum”ları qınayan qətnamə qəbul etdi

13-10-2022, 11:54           
BMT Baş Assambleyası “referendum”ları qınayan qətnamə qəbul etdi
BMT Baş Assambleyası çərşənbə günü Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendumlar, habelə Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.

143 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb.

Qətnamədə həmçinin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur.

Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya əleyhinə səs verib. Çin, Hindistan, Cənubi Afrika, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıb. Latviya, Litva, Estoniya, Ukrayna da qətnaməni dəstəkləyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru