Etirazlara dəstək üçün əvvəlcə hicab geyindi, sonra da... - VİDEO

13-10-2022, 13:28           
Etirazlara dəstək üçün əvvəlcə hicab geyindi, sonra da... - VİDEO
İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara daha bir dəstək iranlı aktrisa Elnaz Noruzidən gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa hamıdan fərqli olaraq saçlarını kəsməyib, başqa bir üsul seçib. Sosial şəbəkədə paylaşdığı videoda Noruzi əvvəlcə hicabını çıxarıb, sonra isə yalnız alt paltarı ilə qalıb. Noruzi İnstaqram hesabında qeyd edib ki, hər bir qadın dünyanın harasında olursa-olsun, istədiyini geyinmək hüququna malik olmalıdır.

“Heç bir kişinin və ya başqa bir qadının onu mühakimə etməyə və ya ondan fərqli geyinməsini istəməyə haqqı yoxdur. Hər kəsin fərqli geyimi var və onlara hörmət edilməlidir. Demokratiya qərar vermə gücü deməkdir. Hər bir qadının öz bədəni üzərində qərar vermək səlahiyyəti olmalıdır!”, - aktrisa paylaşımında bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru