Fransa Prezidenti nüvə silahı ilə bağlı sirri yaymaqda ittiham olunur

14-10-2022, 11:44           
Fransa Prezidenti nüvə silahı ilə bağlı sirri yaymaqda ittiham olunur
Fransa Prezidenti nüvə silahı ilə bağlı sirri yaymaqda ittiham olunur
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Fransa Prezidenti Emmanuel Makronu nüvə silahının tətbiqi ilə bağlı açıqlamasına görə qınayıb.

Fransa liderinin bununla nüvə silahının tətbiqi üzrə planın yayılmaması haqqında informasiyanı qoruma prinsipini pozduğunu bildirib: "Bu, Prezident Makronun kartını açmasıdır".

B.Uolles deyib ki, Rusiyanın nüvə silahından mümkün istifadəsi 1945-ci ildə tətbiq edilmiş tabuları pozacağı üçün ciddi nəticələrə səbəb ola bilər. Nazir belə bir addımın Rusiya Prezidenti Vladimir Putini və ölkəsini bütün dünyadan təcrid vəziyyətinə salacağını vurğulayıb.

Xatırladaq ki, Emmanuel Makron bir müddət əvvəl Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Fransanın bu silahından istifadə etməyəcəyini bildirib.
UNIAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru