Putin: Qismən səfərbərlik iki həftəyə tamamlanacaq

15-10-2022, 00:05           
Putin: Qismən səfərbərlik iki həftəyə tamamlanacaq
Qismən səfərbərlik demək olar ki, başa çatıb, təxminən iki həftəyə tam yekunlaşacaq.

Bu barədə Rusiya prezidenti Vladimir Putin cümə günü jurnalistlərə bildirib.

“Bu iş artıq yekunlaşır. İndi 300 min nəfərdən 222 min nəfəri birləşmə qoşunlarına səfərbər olunub. Düşünürəm ki, təxminən iki həftə ərzində bütün səfərbərlik tədbirləri tamamlanacaq”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru