Tayvan bölgədə Çin hərbi təyyarə və gəmilərini qeydə alıb

15-10-2022, 08:27           
Tayvan bölgədə Çin hərbi təyyarə və gəmilərini qeydə alıb
Tayvanın Müdafiə Nazirliyi adaya bitişik bölgədə Çin Xalq Azadlıq Ordusunun (PLA) 5 donanma gəmisini və 23 təyyarəsini aşkar edib.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

İddia edilir ki, manevrlər zamanı üç “J-16” qırıcısı və bir “Su-30” Tayvan boğazının median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru