İranın “təlim-təlim oyunu” - “Azərbaycana mesajlar ünvanlamaq üçündür”

17-10-2022, 19:49           
İranın “təlim-təlim oyunu” -
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz bölgəsində hərbi təlimlərə başlayıb. SEPAH generalı Məhəmməd Pakpur son açıqlamasında bildirib ki, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində genişmiqyaslı hərbi təlim keçiriləcək və İran İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları Aşura Qərargahı hərbi manevrə qatılacaq.

TEREF.AZ-ın məlumatına görə, İranın 44 günlük müharibədən bu yana 3-cü dəfə eyni ərazidə təlim keçirdiyini deyən politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, onlar bununla regiondakı qüvvələrə gücünü göstərir:

“Rəsmi Tehran bu manevrlərlə həm daxildəki, həm dəki xaricdəki qüvvələrə sərhədlərini qorumağa kifayət qədər gücü olduğunu göstərmək istəyir. Başqa sözlə desək İran xarici qüvvələrin regiondakı müttəfiqlərinə özünə məxsus ismarış verir. Bu təlimlər həm də daxili auditoriyaya hesablanıb. SEPAH göstərmək istəyir ki, İrandakı hakimiyyəti hərbi yolla və silah gücünə devirmək mümkün deyil. Hazırda isə Tehranın qonşu dövlətlərin ərazi bütövlüyünü pozmağa gücü və imkanı yoxdur. Çünki onlar İraqla 1980-ci ildəki müharibənin nəticələrini hələ də aradan qaldıra bilməyiblər. Təlimlərə qaldıqda isə bununla onlar, nəzarətin əllərində olduğunu və ölkənin istənilən yerində manevr edə biləcəklərini nümayiş etdirir. Təlimin Azərbaycanla sərhəddə başlaması isə bizə müəyyən mesajlar ünvanlamaq üçündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru