Tayvan suverenlikdən imtina getməyəcək – Cinpinin hədələrinə cavab

18-10-2022, 10:03           
Tayvan suverenlikdən imtina getməyəcək –
Çin lideri Si Cinpin Pekinin Tayvanı yenidən birləşdirmək üçün güc tətbiqindən imtina etməyəcəyini söylədikdən qısa müddət sonra ada ölkəsi suverenlik, demokratiya və azadlıq dəyərlərindən heç vaxt güzəştə getməyəcəyini bəyan edib.

Bu barədə Tayvan Prezidentinin ofisinin sözçüsü Çan Tun-hana istinadən CNN məlumat yayıb.

Çan Tun-han deyib ki, milli təhlükəsizlik komandası vəziyyəti diqqətlə izləyir və sonrakı hadisələrə diqqət yerirməyə davam edəcək: “Tayvan ictimaiyyətinin konsensusu budur ki, ərazi suverenliyi, demokratiya və azadlığı güzəştə getmək olmaz və hərbi qarşıdurma Tayvan boğazının hər iki tərəfi üçün seçim olmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru