ABŞ Çinlə qarşıdurma fonunda B-52 bombardmançılarını təkmilləşdirir

18-10-2022, 11:43           
ABŞ Çinlə qarşıdurma fonunda B-52 bombardmançılarını təkmilləşdirir
Birləşmiş Ştatlar özünün potensial düşmənləri olan Çin və Rusiyanı mümkün toqquşmadan daha effektiv şəkildə çəkindirmək üçün B-52 strateji bombardmançı təyyarələri donanmasını modernləşdirməyə hazırlaşır.

Ekspertlərin fikrincə, adi və ya nüvə silahları ilə təchiz oluna bilən B-52 strateji bombardmançı təyyarələrinin modernləşdirilməsi rəqibləri “səmərəli şəkildə çəkindirmək” üçün son dərəcə vacibdir.

Məlumata görə, 2027-ci ilə qədər B-52-lər hipersəs raketləri ilə təchiz ediləcək.

Həmçinin, yeni silahlarla yanaşı, bombardmançılar yeni mühərriklə təchiz olunacaq.

Qeyd edik ki, ümumilikdə, B-52 strateji bombardmançılarının modernləşdirilməsi, Pentaqonun sənədlərinə görə, ABŞ-a 11,8 milyard dollara başa gələ bilər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru