ABŞ-Rusiya qarşıdurması üçün YENİ MEYDAN: "Potensial münaqişə..."

18-10-2022, 10:56           
ABŞ-Rusiya qarşıdurması üçün YENİ MEYDAN:
"Arktika Rusiya ilə münaqişənin mərkəzinə çevrilə bilər".

Publika.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ senatoru Anqus King bildirib.

O deyib ki, qlobal istiləşmə Arktikada nəinki yeni marşrutlar açır, həm də regionu Rusiya da daxil olmaqla, potensial münaqişə mərkəzinə çevirir .

O, min ildən artıqdır ki, müharibələrin davam etdiyi Aralıq dənizini misal çəkib: "Sual ondan ibarətdir ki, biz Arktikanı aça və münaqişədən qaça bilərik".

Siyasətçi vurğulayıb ki, iqlim dəyişikliyi ölkələrin enerji və faydalı qazıntıların tədqiq edilməmiş ehtiyatlarına, eləcə də dəniz nəqliyyatı marşrutlarına marağı səbəbindən Arktika ətrafında ajiotaj yaradıb. Eyni zamanda o, etiraf edib ki, regionda Rusiya ilə ABŞ arasında münaqişə mümkündür. Kinq regionun Amerikanın xarici siyasəti və milli təhlükəsizliyi üçün kritik əhəmiyyətini qeyd edib.

Sentyabrda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duq Cons bildirmişdi ki, ABŞ və onun NATO üzrə müttəfiqləri Arktikada mövcudluğunu artırmaq niyyətindədirlər. Siyasətçinin sözlərinə görə, İsveç və Finlandiya alyansa daxil olduqdan sonra bu məsələ xüsusilə aktuallaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru