ABŞ yeni ölümcül koronavirus növü yaratdı - DÜNYA TƏŞVİŞDƏ
18-10-2022, 11:40
ABŞ alimləri laboratoriyada ölümcül koronavirus hazırlayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Boston Universitetinin laboratoriyasında formalaşdırılan virusa “kabus ştammı” adı verilib. Çünki sözügedən ştamla yoluxmuş 10 siçandan 8-i laboratoriyada ölüb.
“Kabus variantı” olaraq bilinən bu ştamın ölüm nisbəti yüzdə 80-dir. Alimlər bu səviyyədə ölüm nisbəti olan bir virusun ortaya çıxmasını “kabus ssenarisi” olaraq xarakterizə ediblər.
Tədqiqatçılar orijinal Wuhan Covid ştammına Omicron-un sünbül zülalını əlavə ediblər. Bu, virusu orijinal formasından dəfələrlə daha ölümcül edib.
Lakin ABŞ bu istiqamətdə işləyən yeganə ölkə deyil. Ötən dövrdə Çinin “Koronavirus sənədləri” ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirilib və Çinin gizli saxladığı layihə deşifrə edilib.
Həmin sənədlərə görə, 2015-ci ildən bəri SARS koronaviruslarının hərbi potensialını qiymətləndirən Pekin administrasiyası bu layihəni mümkün “Üçüncü Dünya Müharibəsi” ssenarisinə hazır saxlayır.