Britaniya müdafiə naziri çıxışını ləğv etdi: Təcili olaraq Vaşinqtona uçdu

19-10-2022, 00:12           
Britaniya müdafiə naziri çıxışını ləğv etdi:
Britaniyanın müdafiə naziri Ben Uolles İcmalar Palatasının Müdafiə Komitəsi qarşısında çıxışını təcili ləğv edərək, Vaşinqtona yola düşüb.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

“Müdirim Ben Uolles bu səhər Vaşinqtondadır”, - deyə Uollesin müavini Ceyms Hippi bildirib.

O, səfərin məqsədini dəqiq açıqlamayıb, lakin eyhamlarla danışıb. “Uolles “elə söhbətlər edəcək ki... həqiqətən də inanılmazdır ki, bu cür söhbətlərə ehtiyac duyulan bir dövrdə yaşayırıq”, - deyə Hippi əlavə edib.

“Sky News”un təhlükəsizlik və müdafiə üzrə redaktoru Debora Heyns isə Müdafiə Departamentindəki mənbəyə istinadən qeyd edib ki, müdafiə naziri ümumi təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Vaşinqtondadır. Həmçinin qeyd edib ki, bu məsələlərə Ukraynada vəziyyət də daxildir. Heyns bildirib ki, nazir Pentaqondakı həmkarını və Ağ Evdəki yüksək vəzifəli məmurları ziyarət edəcək.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru