Ali Rada İçkeriyanın suverenliyini tanıyıb - Rusiyanın çeçenlərə qarşı cinayətlərini qınayıb

19-10-2022, 08:23           
Ali Rada İçkeriyanın suverenliyini tanıyıb -
Ali Rada BMT-nin üzv dövlətlərini və beynəlxalq təşkilatları bu ölkə daxilində törədilən beynəlxalq cinayətlərin tərəfsiz qaydada araşdırılmasına çağırış edib.

Ukrayna Ali Radası İçkeriya Çeçenistan Respublikasını Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanıyıb və çeçen xalqına qarşı işlənmş genosidi ittiham edib («UNİAN»).

Bu barədə qərarın (Ukrayna Ali Radasının İçkeriya Çeçen Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanınması və çeçen xalqına qarşı işlənmiş genosidin pislənməsi barədə, qeydiyyat nömrəsi 8132) lehinə 287 xalq deputatı səs verib.

Bəyanatda deyilir ki, Ali Rada Rusiya Federasiyasının birinci (1994-96) və ikinci (1999-2009) müharibə tarixlərində İçkeriya Çeçen Respublikasında həyata keçirdiyi beynəlxaq cinayətləri, çeçen xalqının genosidi siyasətini və çar rejiminin cinayətkar fəliyyətini (1817-1864) və sovet hakimiyyətinin (1944) cinayətlərini təqlid etdiyini pisləyir.

Ali Rada BMT üzv dövlətlərini və beynəlxalq təşkilatları müasir İçkeriya Çeçen Respublikası ərazisində həyata keçirilmiş cinayətlərin tərəfsiz və müstəqil araşdırılmasını təmin etməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru