“Ölkədə səfərbərlik elan oluna bilər” - Moldova müdafiə naziri 19-10-2022, 09:09 Moldova Ukraynada hərbi əməliyyatların gedişində köklü dəyişikliklər və ya qaçqın axınının artması halında səfərbərlik elan edəcək.Bunu ölkənin müdafiə naziri Anatoli Nosatıy “TVR-Moldova” telekanalına müsahibəsində bildirib.Onun sözlərinə görə, bu il ordu ehtiyatda olan hərbçilərin toplanması planını artıqlaması ilə yerinə yetirib.Nosatiy qeyd edib ki, gələn il komandanlıq yenidən hazırlıq planını artırmaq niyyətindədir. Facebook-da paylaş