Almaniya Ukraynaya hərbi yardım edib

19-10-2022, 08:11           
Almaniya Ukraynaya hərbi yardım edib
Almaniya Ukraynaya zirehli bərpa-təxliyə maşınları, ağır və orta körpü sistemləri və qış geyimləri tədarük edib.

“Report”un məlumatına görə, bu barədə “RBK-Ukraina” Almaniya hökumətinin saytına istinadən xəbər yayıb.

Qeyd edilir ki, Almaniya Ukraynanın hərbi ehtiyacları üçün 5 zirehli mühəndis maşını, 35 yükləyici və 4 000 yataq çantası bağışlayıb. Bundan əlavə, 240 min qış papağı, 80 000 qış şalvarı, 116 000 qış gödəkçəsi, 195 generator, 200 çadır, 167 000 silah patronu, 7 ağır və orta körpü sistemi, 10 ədəd “Bergepanzer 2” zirehli bərpa maşını tədarük edib.

Təhlükəsizliyə görə, federal hökumət təhvil-təslimdən əvvəl daşınma üsulları və tarixi haqqında təfərrüatları təqdim etməkdən ehtiyat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru