İran XİN: "Dron ittihamları ilə bağlı Ukrayna ilə danışıqlara hazırıq"
19-10-2022, 08:23
Kənani İrana qarşı qərəzli məlumatların yayıldığını deyib
"Biz dron ittihamlarını həll etmək üçün Ukrayna ilə danışıqlara hazırıq".
Teref.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
N.Kənani bildirib ki, Ukraynadakı müharibədə istifadə olunmaq üçün İrandan pilotsuz aparatların göndərilməsi ilə bağlı məlumatlar yalan və qərəzlidir: "Bu ehtimallara əsaslanan əsassız iddialar bəzi dövlətlərin İrana qarşı siyasi və məqsədyönlü təbliğatının tərkib hissəsidir". O qeyd edib ki, bu ittihamları həll etmək üçün Ukrayna ilə danışıqlara hazırdırlar.