San-Marinonun keçmiş dövlət başçısı məhkəmə qarşısına çıxarılacaq

19-10-2022, 09:42           
San-Marinonun keçmiş dövlət başçısı məhkəmə qarşısına çıxarılacaq
San-Marinonun keçmiş kapitan regenti Cakomo Simonçini dövlət idarələrinin yerləşdiyi Xalq Sarayının əməkdaşına təcavüz etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə çərşənbə axşamı Simonçininin özü bəyanat yayıb.

O, “nəhayət açıq məhkəmədə günahsızlığını sübut edə biləcəyini” bildirib.

Məlumata görə, insident martın əvvəlində Simoncini kapitan regent vəzifəsini yerinə yetirərkən Xalq Sarayının ərazisində baş verib.

Qeyd edək ki, San-Marinonun kapitan regenti dövlət başçısı funksiyasını yerinə yetirir. O, Baş Şura tərəfindən öz üzvləri arasından altı ay müddətinə (aprelin 1-dən sentyabrın 30-dək və oktyabrın 1-dən martın 31-dək) ​​seçilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru