Latın Amerikasında yoxsulluq rekord həddə çatıb

19-10-2022, 11:47           
Latın Amerikasında yoxsulluq rekord həddə çatıb
Latın Amerikasında yoxsulluq son 27 ilin ən yüksək səviyyəsinə çatıb.

Bunu Almaniyanın “Brot für die Welt” xeyriyyə təşkilatının Latın Amerikası departamentinin direktoru Kristof Vunş bəyan edib.

O bildirib ki, mövcud rəqəmlər narahatlıq doğurur.

“Vəziyyət həqiqətən dramatikdir. Təəssüf ki, yoxsulluq səviyyəsi artmağa davam edəcək”, - deyə ekspert vurğulayıb.

Latın Amerikası və Karib hövzəsi İqtisadi Komissiyasının ötən ilin iyun ayında təqdim etdiyi xüsusi hesabata görə, hazırda region ölkələri iqtisadi ləngimə, artan inflyasiya təzyiqləri və əmək bazarının pandemiyadan sonra natamam bərpası ilə üzləşiblər.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru