Trampın gizli səs yazısı yayıldı: Ərdoğan haqqında nə deyib?

19-10-2022, 11:46           
Trampın gizli səs yazısı yayıldı: Ərdoğan haqqında nə deyib?
ABŞ prezidenti olduğu dövrdə jurnalist Bob Vudvorda silsilə müsahibələr verən Donald Trampın yeni audio yazıları üzə çıxıb. Səs yazılarında Trampın Ərdoğanla bağlı dediyi sözlər də gündəm olub.

Teref.az xəbər verir ki, səs yazıları 2020-ci ilə aiddir.

Söhbət “The Trump Tapes” adı ilə təqdim edilən 8 saatlıq səs yazısından gedir.

CNN tərəfindən yayımlanan səs yazılarında və audiokitablardan çıxarışlarda Donald Tramp Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanla yanaşı Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin haqqında da açıqlamalar verib.

Tramp müsahibələrində Kim, Putin və Ərdoğanı bəyəndiyini söyləyib, onlardan ən ağıllısının isə özü olduğunu bildirib.

2020-ci ilin yanvarında qeydə alınan səs yazısında Tramp deyib: “Mən Ərdoğanla yaxşı anlaşıram, əslində elə olmamalıdır, çünki hamı onun qorxunc insan kimi xarakterizə edir. Amma bilirsən ki, mənim üçün yaxşı olacaq”. (teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru