SON DƏQİQƏ! Putin hərbi vəziyyət elan etdi

19-10-2022, 18:34           
SON DƏQİQƏ!
Rusiya Prezidenti Vladimir Putin ölkənin dörd yeni “region”unda hərbi vəziyyət elan edib.

Belə ki, Rusiya lideri qondarma Donetsk və Luqansk Respublikaları, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

O, bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Xatırladıram ki, həmin ərazilərdə hərbi vəziyyət qüvvədə idi və indi biz bu rejimi Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirməliyik. Tərəfimdən dörd yeni regionda hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalandı”, - deyə prezident bildirib./oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru