Yunanıstan Ukraynanı PDM ilə təchiz etməyə başlayıb

20-10-2022, 08:07           
Yunanıstan Ukraynanı PDM ilə təchiz etməyə başlayıb
“Yunanıstan Ukraynaya piyadaların döyüş maşınları verməyə başlayıb”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yunanıstanlı həmkarı Nikos Dendias ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Gizlətməyəcəyəm, torpaqlarımızı müdafiə edə bilməyimiz üçün Yunanıstanın Ukraynaya verdiyi silahları xüsusilə yüksək qiymətləndiririk. Yunanıstandan Ukraynaya çoxdan gözlənilən “BMP-1” zirehli piyada maşınlarının göndərilməsinə başlanması çox vacibdir. Onlar tezliklə ordumuzun arsenalına qəbul ediləcək, ölkəmizin döyüş və müdafiə qabiliyyətini dərhal gücləndirəcək”, - o bildirib.

XİN başçısı əlavə edib ki, Yunanıstan Ukraynanın hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı müraciətinə də baxır.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru