ABŞ rəhbərliyi Konqres ilə Ukraynaya davamlı dəstəyi müzakirə edir

20-10-2022, 09:54           
ABŞ rəhbərliyi Konqres ilə Ukraynaya davamlı dəstəyi müzakirə edir
ABŞ Dövlət Departamenti Konqresdə həm demokrat çoxluq, həm də respublikaçı azlığın nümayəndələri ilə Ukraynaya davamlı dəstəyi müzakirə edir.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Prosesin təfərrüatlarına varmayacağam, amma biz Konqreslə həm çoxluq, həm də azlıq nümayəndələri ilə xarici siyasət və milli təhlükəsizlik sahəsində bir sıra məsələləri müzakirə edirik.

Vurğulamaq istərdim ki, Prezident Cozef Bayden və Dövlət katibi Entoni Blinken açıq şəkildə bildirdilər ki, bizim ukraynalı tərəfdaşlarımıza sadiqliyimiz təkcə sarsılmaz deyil, həm də möhkəmdir.

Biz Ukraynanı özünü və ərazisini qorumaq üçün lazım olan hər şeyi təmin etmək üçün əlimizdən gələni edəcəyik”-deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru