“Almaniya artıq Rusiya qazından asılılqdan qurtuldu” – Kansler Şolts

21-10-2022, 09:09           
“Almaniya artıq Rusiya qazından asılılqdan qurtuldu” – Kansler Şolts
Almaniya artıq Rusiya qazından asılı deyil”.

Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Berlin hazırda digər ölkələrlə yeni qaz tədarükü müqavilələri bağlamaq yolu ilə enerji qiymətlərinin aşağı salınması üzərində işləyir.

Şolts Bundestaqda çıxışı zamanı xatırladıb ki, Avropa İttifaqı qaz istehlakını 15 faiz azaltmaq barədə razılığa gəlib. O, bunu Avropa həmrəyliyinin siqnalı adlandırıb.

“Biz bu asılılıqdan qurtulmuşuq və qışa hazırlıqlı giririk. Enerjiyə qənaət etdiklərinə görə vətəndaşlara təşəkkür edirəm. Biz birlikdə qaz istehlakını iyirmi faiz azaltmağa çalışırıq”, – Şolts deyib.

Almaniya kansleri Avropa İttifaqının qazın qiymətinin məhdudlaşdırılması təklifindən danışıb. Onun fikrincə, belə mexanizm yalnız Aİ-nin üzvü olmayan tərəfdaşlarla əməkdaşlıq şəraitində ola bilər ki, bu, enerji resursları uğrunda rəqabətə gətirib çıxarmasın. Belə ölkələr sırasında o, Cənubi Koreya və Yaponiyanın adını çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru