Yeni Zelandiyada məmurlara mürəkkəb sözlərdən istifadə etmək qadağan olundu

21-10-2022, 12:04           
Yeni Zelandiyada məmurlara mürəkkəb sözlərdən istifadə etmək qadağan olundu
Yeni Zelandiya parlamenti ölkənin rəsmi sənədlərində mürəkkəb sözlərdən və terminlərdən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.

Yeni “sadə dil” qanunu, həmçinin məmurlardan ictimaiyyətlə ünsiyyət zamanı mürəkkəb ifadələrdən qaçmağı tələb edir.

Müəlliflərin fikrincə, bu, qanunvericiliyi hər kəs, o cümlədən təhsil səviyyəsi aşağı olan, əlilliyə malik və doğma dili ingilis dili olmayan insanlar üçün daha başa düşülən edəcək.

“Yeni Zelandiyada yaşayan insanların hökumətin onlardan nə tələb etdiyini və hüquqlarının nə olduğunu başa düşmək hüququ var”, - deyə deputat Reyçl Boyak sənədin məqsədini açıqlayıb.

Yeni Zelandiya müxalifəti növbəti parlament seçkilərində qalib gələcəyi təqdirdə qəbul edilmiş qanunu ləğv edəcəyinə söz verib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru