Elon Maskdan İranın rabitə nazirinə sarkazmlı mesaj: “Onu işə götürəcəyəm” - FOTO

21-10-2022, 12:54           
Elon Maskdan İranın rabitə nazirinə sarkazmlı mesaj: “Onu işə götürəcəyəm” - FOTO
İranın Rabitə Nazirliyinin ölkədə interneti kəsməsinin ardından Təbrizdəki durum hərbi vəziyyəti xatırladır, amma buna baxmayaraq etiraz aksiyaları davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bununla bağlı Elon Mask “Twitter” hesabında İranın Rabitə Nazirliyi ilə bağlı sarkazmla paylaşım edib:

“Son günlər eşidirəm ki, İranın rabitə naziri İsa Zarepur var gücü ilə İran xalqını “Starlink”in daimi abunəçisi olmağa məcbur edir. Gözəl xəbərdir. Mən mümkün olduqca tez bir zamanda onu “Starlink”in marketinq departamentinə baş direktor vəzifəsinə işə götürəcəyəm. Afərin sənə, İsa! Beləcə davam et!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru