ABŞ-da silahlı insident nəticəsində doqquz nəfər yaralanıb 22-10-2022, 00:14 ABŞ-ın Baton-Ruj şəhərində baş verən silahlı insident nəticəsində azı doqquz nəfər yaralanıb.Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.Şəhərdəki universitet şəhərciyinin yaxınlığında atəş açıldığı bildirilir.Zərərçəkənlərin hamısı həyat üçün təhlükə yaratmayan güllə yaraları alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş