Latviyada yaşayan bütün rusiyalılar yoxlamadan keçiriləcək

22-10-2022, 10:54           
Latviyada yaşayan bütün rusiyalılar yoxlamadan keçiriləcək
Latviyada daimi və ya müvəqqəti yaşayan bütün Rusiya vətəndaşları ciddi yoxlamadan keçiriləcək.

Riqa Rusiya Federasiyasında səfərbərlikdən yayınanları qəbul etməyəcək.


Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib.

“Latviya bu ölkədə daimi və ya müvəqqəti olaraq yaşayan bütün rusiyalıların etibarlılığını ciddi şəkildə yoxlayacaq. Görünən odur ki, yoxlamaların nəticələrinə görə, onların bəzilərinin yaşayış icazəsi uzadılmayacaq”, - deyə nazir “Nastoyaşee vremya” telekanalına eksklüziv müsahibəsində qeyd edib.

“Biz investisiyalar vasitəsilə, eləcə də digər proqramlar çərçivəsində alınan yaşayış icazələrini azaldacağıq və uzatmayacağıq”, - deyə Rinkeviç bildirib.

Bundan əlavə, Rusiya vətəndaşlarından “Krım kimindir?” və “Ukraynada nələr baş verir?” suallarına cavab vermələri istəniləcək. Bu addım onların siyasi baxışlarını və müharibəyə münasibətini öyrənmək üçün atılır. Cavablar yaşayış icazəsinin yenilənməsi şansına təsir edəcək. Bildirilir ki, hazırda 10 minə yaxın rusiyalının Latviyada yaşamaq icazəsi var.

Mənbə: dw.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru