Ağ Ev İlon Maskla İran fəallarına internet verilməsini müzakirə edir – KİV
23-10-2022, 10:33
Bir aydan artıqdır ki, İranda «hicabı düzgün taxmamış» qızın ölümündən sonra, etirazlar səngimir.
Ağ Ev “SpaceX” şirkətinin rəhbəri İlon Maskla “Starlink” peyk internet terminalının İran ərazisində yerləşdirilməsi barədə danışıq aparır.
Bu barədə CNN telekanalı danışıqlarla tanış olan rəsmi şəxslərə istinadla xəbər verir («UNİAN»).
“Starlink” kompakt və istifadə üçün sadə texnologiyadır və yerli hakimiyyət məhdudiyyət tətbiq edən zaman, İranda internetə girişin təmininə kömək edəcək.
CNN-nin qeyd etdiyi kimi, Vaşinqton İranda etiraz hərəkatını dəstəkləmək üçün vasitələr axtarır - etirazlar bir ay əvvəl başlanıb.
«Biz, barmağımızı «tətikdə» saxlayırıq ki, İran xalqının ümidini bütün mümkün vasitələrlə dəstəkləyək» - CNN Bayden administrasiyasındakı yüksək məqamlı nümayəndədən sitat gətirir.
Əgər bu plan realizə olunarsa, İran Ukraynadan sonra ikinci ölkə olacaq ki, onun üçün Birləşmiş Ştatlar hökuməti “Starlink”-ə kömək üçün müraciət edir - hətta Mask «kolpak altında» olsa da.