Şri-Lankada Seylon çayının istehsalı rekord həddə azalıb

24-10-2022, 11:08           
Şri-Lankada Seylon çayının istehsalı rekord həddə azalıb
Şri-Lankada Seylon çayı istehsalı 1996-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.

Məlumata görə, 2022-ci ilin sentyabrında istehsal keçən illə müqayisədə fiziki ifadədə 7,8% azalıb.

Eyni zamanda, milli valyutanın dəyər ifadəsində ucuzlşması ilə əlaqədar həmin dövrdə azalma 18% təşkil edib.

Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında ümumi istehsal ötən ilin müvafiq dövründəki 234,72 milyon kiloqramdan 192,37 milyon kiloqrama düşüb. Bu, 1996-cı ildən bəri nəzərdən keçirilən dövr üçün ən aşağı göstərici olub.

Çayçıların dediklərinə görə, çay istehsalının azalmasının əsas səbəbi 2021-ci ildə valyuta ehtiyatlarına qənaət etmək üçün hökumətin aqrokimyəvi vasitələrdən istifadədən imtina etmək cəhdidir.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru